AZ

Onlarla qadın casus İrana sızıbmış... - Aylar sonra ortaya çıxdı

İyun ayında baş vermiş 12 günlük müharibə zamanı “Mossad” tərəfindən xüsusi hazırlıq keçmiş onlarla qadın casus İrana sızaraq gizli əməliyyatlarda iştirak edib.

News24.az-ın məlumatına görə, bu barədə İsrailin nüfuzlu "Jerusalem Post" nəşri yazıb.

Məlumata görə, agentlər Tehranın nüvə və ballistik raket proqramlarına qarşı koordinasiya olunmuş təxribat və kəşfiyyat əməliyyatları həyata keçiriblər.

Qeyd olunur ki, həmin qadınlar 2024-cü ildə İsrailin Müstəqillik Günü mərasimində məşəl yandırmaq şərəfinə layiq görülüblər. Bundan əvvəl, 2021-ci ildə nəşr olunan “Mossad Amazonları” kitabında onların təkcə casusluqla deyil, həm də təxribat və hücum əməliyyatlarında aktiv rol aldıqları qeyd olunmuşdu.

Aqil

Seçilən
31
2
news24.az

3Mənbələr