AZ

“Ermənistanın silah bazarları məhdudiyyətsizdir” Paşinyan irəvanın silahlandığını etiraf etdi

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

“Əvvəllər Ermənistanın silah alqı-satqısı bazarları məhdud idi — məhdudiyyətlər yalnız coğrafiya ilə deyil, əlçatanlıqla da bağlıydı. İndi isə bazarlarımız əslində məhdudiyyətsizdir”.

"AzPolitika" xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Paşinyan əlavə edib ki, “məhdudiyyətsiz” anlayışını çeşid baxımından tam əhatəli qəbul etmək olmaz: “Deyə bilmərik ki, biz mümkün olan bütün növ silahları əldə etməyə çalışırıq”.

Paşinyan bazarların genişlənməsinin əsas səbəbini strateji legitimliklə izah edib. Onun sözlərinə görə, hansısa ölkə Ermənistanla hərbi-texniki əməkdaşlığa dair müzakirə apararkən narahat olmamalıdır ki, alınan silahlar qanunsuz məqsədlər üçün istifadə edilə bilər.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
azpolitika.info

1Mənbələr