AZ

Reuters: Tramp ABŞ-da TikTok-un bloklanması qərarını yenidən təxirə sala bilər...

Prezident administrasiyası Çin şirkətinin ABŞ aktivlərinin satış müddətini dördüncü dəfə uzatmağı planlaşdırır...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin şirkəti ByteDance-in TikTok-un ABŞ-dakı aktivlərini satmaq və ya fəaliyyətini dayandırmaq qərarını qəbul etməsi üçün nəzərdə tutulan müddəti dördüncü dəfə uzatmağı planlaşdırır.

Məlumata görə, yeni təxirə salma məsələsi İspaniyada keçiriləcək ABŞ-Çin məsləhətləşmələrində müzakirə olunacaq. Reuters bildirir ki, TikTok-un taleyi əvvəllər iki ölkə arasındakı danışıqların gündəliyində yer almayıb.

2024-cü ildə ByteDance-i ABŞ ərazisində TikTok-u satmağa və ya fəaliyyətini dayandırmağa məcbur edən qanun C. Bayden administrasiyası tərəfindən qəbul olunub. Tramp isə platformaya “müsbət yanaşdığını” bildirmişdi, çünki onun sözlərinə görə, istifadəçilərin səsverməsi prezident seçkilərində qələbəsinə kömək etmişdi. 20 yanvar 2025-ci il andiçmə mərasimindən sonra Tramp imzaladığı fərmanla TikTok-un ABŞ-da bloklanması təxirə salınmışdı. Sonuncu uzatma iyunda verilmiş və müddət 17 sentyabrda bitir.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr