AZ

Ukraynada xatirə abidəsini ziyarət edən Şahzadə Harri emosional anlar yaşadı

Ajans.az xəbər verir ki,Rusiya ilə davam edən müharibədə həlak olan və yaralanan hərbçilərin şərəfinə ucaldılmış abidənin qarşısında Şahzadənin emosional anlar yaşadığı bildirilir. Şahzadə abidənin önünə gül dəstəsi qoyaraq şəhidlərin xatirəsinə ehtiramını ifadə edib. Yayılan görüntülərdə onun dərin kədərlə susaraq bir neçə dəqiqəlik səssiz dayandığı və göz yaşlarını saxlamaqda çətinlik çəkdiyi müşahidə olunub. Səfər zamanı Harri bir neçə tibb müəssisəsini də ziyarət edib, burada müalicə alan yaralı hərbçilərlə görüşərək onların vəziyyəti ilə yaxından tanış olub. Görüşlərdə o, Ukrayna xalqının və xüsusilə döyüş bölgəsində xidmət edən hərbçilərin fədakarlığını yüksək qiymətləndirib.
@nbcnews #PrinceHarry visits a makeshift memorial during a surprise trip to #Kyiv, #Ukraine ♬ original sound - nbcnews

Seçilən
32
Ajans.az

1Mənbələr