AZ

Xankəndidə polisi yaralayan Karen “ASALA”nın düşərgəsində hərbi təlim keçib – TƏFƏRRÜAT - VİDEO

Xəbər verdiyimiz kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Avanesyan qabaqcadan gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,eləcə də 5 ədəd qumbaranı götürüb, Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Turkustan.az xəbər verir ki, cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Yayılan məlumatlardan belə aydın olur ki, Karen Avanesyan 1-ci Qarabağ müharibəsi dönəmində əlində silah Azərbaycan ordusuna qarşı döyüşüb. Hətta onun 21-22 yaşlarında olarkən Livanda gizli hərbi təlimlərə cəlb edilməsini təsdiqləyən videolar da yayılıb. Bəlli olur ki, onun hərbidə kod adı “popuqay Kakadu” olubmuş.

Bəllidir ki, 1-ci Qarabağ savaşı zamanı qarşı tərəf hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edirdilər. Qeyd edək ki, Qarabağ müharibəsində Azərbaycana qarşı savaşanda ermənilərin xarici ölkələrdən muzdlular cəlb etməsi barədə xəbərləryeni deyil.

1-ci, sonradan 2-ci Qarabağ savaşı zamanı erməni cəbhəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan və Livandan olan yaraqlılar fəal şəkildə iştirak edib.

ASALA terror təşkilatının üzvü Monte Melkonyan Qarabağ müharibəsində məhz xarici muzdlulardan təşkil olunmuş batalyonun komandiri olub.

Qarabağ müharibəsində ən qəddar və amansız olanlar da məhz xarici muzdlular olub. Hətta o da bəlli idi ki, 4 ölkədən - Rusiya, Fransa, ABŞ və Uruqvaydakıerməni biznesmenlərin muzdlu döyüşçüləri səfərbər etmək üçün koordinasiya mərkəzləri yaratması haqda xəbər yaymışdı.

Həmin xəbərlərdə qeyd olunurdu ki, “Preventiv mobilizasiya” adlanan proqrama əsasən, dünyanın 38 ölkəsindən 200 minə qədər erməni cəlb olunması nəzərdə tutulurdu. “Erməni rezervistləri və veteranları İttifaqı” çərçivəsində aparılan bu kampaniyanın əsas hədəfi dünyanın 4 bir tərəfindən muzdluları Dağlıq Qarabağa cəlb etmək idi.

Bu məqsədlə Suriya və Livandan ermənilərin Qarabağ cəbhəsinə yerləşdirilməsi də vardı. Suriyadan ermənilərin Ermənistana, o cümlədən Dağlıq Qarabağa köçürülməsi ilə bağlı da təkzibedilməz məlumatlar vardı. Hətta erməni telekanallarlında İrəvana köçən, həmçinin Dağlıq Qarabağa yerləşdirilən ermənilərin görüntüləri yayılmışdı.

Qeyd edək ki, Livan və Suriya dünyada ermənilərin böyük icma təşkil etdiyi azsaylı ölkələrdən biridir. Suriya və Livana ermənilər əsasən, Birinci Dünya savaşı zamanı Osmanlı dövləti tərəfindən köçürülüb.

Osmanlı dövləti ölkənin şərq əyalətlərində qiyam qaldıran və müharibə zamanı rus ordusu ilə birləşərək türk və kürd əhaliyə hücum edən erməniləri imperiyanın digər ərazilərinə köçürmək haqda qərar verib. Nəticədə İraq, Suriya, Livan və digər Yaxın Şərq ölkələrinə ermənilər köçürülüb. Hazırda ən böyük erməni icması Livanda, əsasən, paytaxt Beyrutda yaşayır.

Beyrutda erməni məhəlləsi mövcuddur. Livanda təxminən 150 min nəfərə yaxın erməni yaşayır.

Livanda mövcud olan 16 etnik qrupdan biridir. Beyrut universitetlərində xeyli sayda erməni müəllim, professor var. Bundan başqa Livanda 1975-90-cı illərdə davam edən vətəndaş müharibəsi zamanı silahlı qruplardan biri də Livan ermənilərinə məxsus olub. ASALA terror təşkilatı məhz bu dövrdə yaranıb.

Suriyada da erməni mövcudluğu əsasən Birinci Dünya Savaşı zamanına gedib çıxır. Ancaq daha əvvəl də bölgədə, xüsusən də Fələstin ərazilərində erməni icmaları mövcud olub. Suriyada başlayan müharibədən sonra Ermənistan hökuməti Suriyadan köçürülən ermənilərin Ermənistana yerləşməsində maraqlı olub. Ancaq Livanda ermənilərin durumu Suriyadan xeyli dərəcədə fərqli olub. Beyrutda ermənilər yaxşı təşkilatlanmış icma yaradıblar.

Livanda bir zamanlarASALA-nın hərbi təlim düşərgələri mövcud olub.

Birinci Qarabağ savaşında xaricdən gələn erməni muzdlularının böyük qismi məhz Livan üzərindən təşkilatlanaraq Ermənistana göndərilib. Bir sıra müşahidəçilərə görə, Livan Qarabağ savaşında ermənilərin ikinci əsas qərargahı olub. Karen Avenisyanın həmin illərdə Livanda gizli hərbi təlimlərə cəlb edilməsi bu baxımdan təəccüblü deyil. (Musavat.com)

Seçilən
22
4
turkustan.az

5Mənbələr