AZ

Maraqos: Bakı və İrəvan tezliklə sülh sazişini imzalaya bilər

BAKI, 15 sentyabr. TELEQRAF

“Avropa İttifaqına (Aİ) üzvlüyün qaydaları çox bəllidir, kriteriyalar var, üzv dövlətlər arasında konsensus olmalıdır, namizəd ölkələr müraciət etməlidir. Amma Ermənistanın timsalında bu baş verməyib. O an gəlirsə, qaydalara əməl etməliyik”.

Teleqraf xəbər verir ki, bunuAİ-nin Ermənistandakı səfiri Vasili Maraqos İrəvanın yaxın illərdə Avropa İttifaqına daxil olmaq imkanının olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Ermənistan-Azərbaycan münasibətlərinin yekun tənzimlənməsinin mümkünlüyü ilə bağlı isə Maraqos qeyd edib:

“Vaşinqtonda əldə edilmiş razılaşmaları, sülh sazişinin paraflanmasını alqışlamışıq. Bu, irəliləmək üçün çox yaxşı əsasdır. Ümid edirəm ki, sülh sazişi də tezliklə imzalana bilər. Regionda sülhün bərqərar olması üçün işləməyə hazırıq. Bu, region xalqlarının dəstəyindən asılıdır”.

Seçilən
30
2
teleqraf.com

3Mənbələr