AZ

İsraildə İrana işləyən gənc tutuldu

İsrailin Qüds dairə məhkəməsi 22 yaşlı ultraortodoks yəhudi Elimelex Şterni İran kəşfiyyatına işləməkdə təqsirli bilib.

Modern.az xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.

İstintaqın gedişində müəyyən olunub ki, Ştern “Telegram” vasitəsilə iranlı agentlə əlaqə saxlayıb, ondan tapşırıqlar alıb və ödənişi kriptovalyuta ilə əldə edib. Onun fəaliyyətləri sırasında siyasi plakatların yapışdırılması və pul çatdırılması olub.

Məlumata görə, ona, həmçinin meşə yandırmaq və qətl törətmək kimi tapşırıqları da verilib. Ştern bu təhlükəli göstərişləri yerinə yetirməkdən imtina etsə də, qalan tapşırıqların əksəriyyətini qəbul edib.

İstintaq həmçinin Şternin bu fəaliyyətlərə iki başqa israillini də cəlb etdiyini üzə çıxarıb. Məhkəmə bildirib ki, təqsirləndirilən şəxs əlaqələrinin düşmən xarakteri daşıdığını dərk edib.

Cəzanın növü və müddəti barədə qərar hələ elan olunmayıb.

Seçilən
24
1
modern.az

2Mənbələr