AZ

Azərbaycan smartfonu hansı ölkədən neçəyə alır - MƏBLƏĞLƏR

2025-ci ilin ilk 7 ayında Azərbaycana 217,5 milyon dollarlıq smartfon idxal edilib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə ümumilikdə 675 min 164 ədəd smartfon gətirilib.

Smartfon ixracı say ifadəsinə 95 min 359 ədəd (12%) azalıb, məbləğ ifadəsində 5,1 milyon dollar (2%) artıb.

Məlumata görə, bir smartfonun orta idxal qiyməti 322 dollar (təxminən 548 manat) təşkil edib.

Bu da ötən ilin göstəricisindən 47 dollar (79 manat) və ya 17% artıqdır.

Azərbaycana ən çox smartfon tədarük edən ölkələr Çin (538 min 877 ədəd) və Vyetnam (128 min 101 ədəd) olub. Üçüncü yerdə isə 7 min 839 ədəd smartfonla Hindistan qərarlaşıb.

Ölkəyə ən bahalı smartfonlar Almaniyadan idxal olunub. Bu ölkədən gətirilən telefonların orta idxal qiyməti 2 077 dollar (3 530 manat) təşkil edib. Hindistandan gətirilən telefonların orta qiyməti 549 dollar (934 manat), Vyetnamdan gətirilənlərin 369 dollar (627 manat), Çindən idxal edilənlərin isə 308 dollar (523 manat) olub.

Ən ucuz smartfonlar isə Meksika və Koreya Respublikasından gətirilib. Bu ölkələrdən idxal olunan telefonların orta qiyməti müvafiq olaraq 103 dollar (176 manat) və 120 dollar (204 manat) təşkil edib.

Seçilən
28
fed.az

1Mənbələr