"Milan"ın baş məşqçisi Massimiliano Alleqri A seriyasının 3-cü turunda "Bolonya" üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Sportal.az “DAZN”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis görüşdəki yeganə qolun müəllifi olan Luka Modriç haqda danışıb:
"Luka qeyri-adi futbolçudur və onun oyununu izləmək çox xoşdur. O, çox təvazökar oğlandır və bu, onun nə qədər böyük oyunçu olduğunu göstərir. Topun hara gedəcəyini bir dəqiqə əvvəl bilir, bu da qeyri-adidir. Matç çox vacib idi, komanda həqiqətən birləşə bildi. Bu, əla komandadır, futbolçular şikayətlənmir və çox çalışırlar. Çempionlar Liqasına qayıtmaq məqsədimiz var. Biz daha diqqətli olmalıyıq və müdafiə oyunumuzu təkmilləşdirməliyik".
saytlarin hazirlanmasi