AZ

“Avrora Qrup” məktəbliləri belə sevindirdi

Bakı. Trend:

Ölkəmizdə təhsilin inkişafı və məktəbli uşaqların elməhəvəsləndirilməsi üçün daim əməli addımlar atan “Avrora Qrup”, buil də ənənəsini davam etdirərək “Böyük Dayaq” İctimai Birliyi iləbirgə sosial layihəsini uğurla həyata keçirib.

Layihə çərçivəsində Qəbələ rayonunun ucqar kəndlərində yaşayanaztəminatlı, şəhid və qazi ailələrinin övladları məktəbli forması,çanta, ayaqqabı və dərs ləvazimatları ilə təmin olunub. LayihəDaşca, Zarağan, Xırxatala, Bayramkoxalı, Böyük Əmili və Mamaylıkəndlərinin şagirdlərini əhatə edib.

Bundan əlavə, Avrora Qrup “Böyük Dayaq” İctimai Birliyi iləbirlikdə kənd məktəblərində şagirdlərin valideynləri üçünmaarifləndirici təlim həyata keçirib. “Qız uşaqları təhsildənyayınmasın” mövzusunda keçirilən 3 mərhələli maarifləndirici təlimproqramı uğurla başa çatıb və iştirakçılar tərəfindən böyük maraqlaqarşılanıb.

“Avrora Qrup” 2025-ci il üçün “Korporativ Sosial MəsuliyyətProqramı”nda uşaqlara xüsusi yer ayırıb. İl boyu keçirilən sosiallayihələrin əsas məqsədi uşaqların üzündə təbəssüm yaratmaq,onların yanında olmaq və müxtəlif istiqamətlərdə dəstəkgöstərməkdir.

Uşaqlar bizim gələcəyimizdir və onların təbəssümü bizim üçün ənböyük dəyərdir.

Video link: https://www.youtube.com/watch?v=h6fGv1qnR44

Seçilən
27
19
az.trend.az

10Mənbələr