AZ

Alimlər dəniz suyundan həm içməli su əldə etməyin yeni yolunu tapıblar

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Con Hopkins Universiteti, Miçiqan Ştat Universiteti, Kornell Universiteti, Lixay Universiteti və Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri insanlığı narahat edən iki qlobal problemi – içməli su çatışmazlığını və ekoloji cəhətdən təmiz yanacağa olan ehtiyacı – eyni vaxtda həll edə biləcək innovativ texnologiya hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılar günəş distillə texnologiyası ilə dəniz suyunun elektrolizini birləşdirən hibrid qurğu yaradıblar. Bu qurğu dəniz suyundan eyni anda həm içməli su, həm də "yaşıl" hidrogen istehsal etməyə imkan verir.

Qurğunun iş prinsipi belədir: günəş panelləri eyni anda həm elektrik enerjisi istehsal edir, həm də dəniz suyunu qızdırır. Qızdırılma nəticəsində su buxarlanır, duz və digər çirklər isə arxada qalır. Alınan təmiz su buxarı elektroliz kamerasına yönləndirilir və burada hidrogen və oksigenə parçalanır. Nəticədə isə əsas məhsul kimi yaşıl hidrogen, əlavə olaraq isə içməli su əldə olunur.

Bu texnologiyanın əsas üstünlüklərindən biri ondadır ki, dəniz suyu elektrokatalizatorla birbaşa təmasda olmur. Bu isə qurğunun korroziyaya uğramasının qarşısını alır, sistemin effektivliyini və uzunömürlülüyünü artırır.

Alimlərin fikrincə, bu üsul həm quraqlıqdan əziyyət çəkən regionlara içməli su təmin etmək, həm də enerji sektoru üçün ekoloji cəhətdən təmiz hidrogen istehsal etmək baxımından böyük potensiala malikdir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
bizimyol.info

1Mənbələr