AZ

"Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib

Bakı. Trend:

"Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınlabağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrəməhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəşahidlər ifadə verib.

Mərkəzdə xadimə çalışan, şahid qismində tanınan Yeganə Əhmədovabildirib ki, təqsirləndirilən şəxsləri tanıdığını və mərkəzdə 6-7ay müddətdə çalışırmış:

“Hadisə zamanı mən növbətçiydim. Reanimasiya otağınıtəmizlədikdən sonra mətbəxə keçdim. Validə xanım otaqda yanğınınbaş verdiyini dedi. Tez otağa gəldik. Küvezdən alov qalxdığınıgördük. Yanğını söndürməyə başladıq. Yanğın söndürülməsi ilə bağlıbiz təlim keçmişik”.

Şahidin istintaqa verdiyi ifadədə ziddiyyət olsa da, məhkəmədəkiifadəsini təsdiq edib.

Şahid qismində tanınan Asif Dadaşov ifadə verib.

O, bildirib onun işi işim elektrik yuvalarının, lampaların işləkvəziyyətinə nəzarət və onların dəyişdirilməsi , panellərdəkielektrik xəttinə və elektrik yuvalarına baxmaq, onları dəyişməkolub.

“Şöbələrdə nəyisə dəyişmək olurdusa, mən gedib gedirdim. Hərşöbənin öz müdiri nəyisə dəyişmək lazım olduqda göstərişverib”.

Şahid bildirib ki, mərkəzdə qısa qapanma hadisələri əvvəl dəolub.

Hüquqi varis Emil Abasəliyev məhkəmədən təqsirləndirilənşəxslərin ölkə xaricinə çıxması ilə bağlı qurumlara sorğugöndərilməsini istəyib.

Məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində“polis nəzarəri altına vermə” qətimkan tədbiri olsa da, o iki dəfəölkə xaricində olub.

O, bununla heç yerə məlumat verib.

Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkili xariciölkəyə çıxışında məhdudiyyət yoxdur:
“Kredit borcun gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə birqadağa olsaydı, onun çıxışı mümkün olmazdı”.

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricindəolduğunu etiraf edib. Ölkəni tərk etmək üçün aidiyyatı qurumlaraməlumat verməli olduğundan xəbərdar olmadığını məhkəməyəbildirib.

Məhkəmənin növbəti iclası 29 sentyabrda baş tutacaq.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika PerinatalMərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki vədaha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıqiki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayətişi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğunİstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşlarınintensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəkipalatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manatməbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci iltarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənintibbi təminat resursları və potensialını nəzərə almadan xəstəqəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisəninelektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəbolmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindənMərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiyaqurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmamasıvə elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinəbildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya vəintensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və DəstəkXidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradanqaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban AbasquliyevaCinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifəsəlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyiqaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünəsəbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsindəişləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkonlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "RespublikaPerinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqamHacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarovazərərçəkmiş qismində tanınıb.

Seçilən
20
33
az.trend.az

10Mənbələr