“Atalanta” baş məşqçi postunda dəyişiklik edə bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, Berqamo təmsilçisi Nuno Eşpirito Santonun təyinatını gözdən keçirir.
İvan Yuriçin işindən narazı qalan A seriyası klubu portuqaliyalı məşqçi ilə danışıq aparacaq.
51 yaşlı mütəxəssis sonuncu dəfə “Nottingem Forest”i çalışdırıb. O, buna qədər “Rio Ave”, “Valensiya”, “Porto”, “Vulverhempton”, “Tottenhem” və “Əl-İttihad” klublarında işləyib.
saytlarin hazirlanmasi