AZ

Rusiya Polşadan sonra Rumıniyanın hava məkanını pozub

Rumıniya Müdafiə Nazirliyi, Rusiyanın Ukraynaya gecə saatlarında hücumu zamanı Rusiya pilotsuz uçuş aparatının (PUA) Rumıniya hava məkanına girdiyini və Rumıniya ordusuna aid F-16-ların müdaxilə etmək üçün havaya qalxdığını açıqlayıb.

Rusiya sentyabrın 9-dan 10-na keçən gecə Polşanın hava məkanını pozduqdan sonra Rumıniyanın hava məkanını pozub. Rumıniya Müdafiə Nazirliyi Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) Rumıniya sərhədləri yaxınlığında Ukrayna infrastrukturunu hədəf alan hücumlar zamanı ölkənin hava məkanını pozduğunu açıqlayıb. Səlahiyyətlilər ölkənin cənub-şərqindəki Tulcea şəhərində və Ukrayna sərhədi yaxınlığında yaşayan sakinləri təhlükəsiz yerlərə sığınmağa çağırıb.

İki F-16 qırıcısı havaya qalxır

Rumıniyanın müdafiə naziri İonut Mosteanu, pozuntunun aşkarlanmasından sonra Rumıniya ordusunun həyəcan vəziyyətinə gətirildiyini və iki F-16 qırıcısının müdaxilə etmək üçün havaya qalxdığını bildirib. Mosteanu həmçinin qeyd edib ki, Almaniyanın Rumıniyadakı hava patrul missiyaları çərçivəsində ölkədə yerləşdirilən iki Alman Eurofighter qırıcısı F-16-ları müşayiət edib.

Seçilən
16
kommersant.az

1Mənbələr