AZ

Folklor İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə 5 nəfər və iddiaçı iştirak edib. Qeyd edilib ki, AMEA Rəyasət Heyətinin müvafiq məktubuna əsasən, Folklor İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiya yaradılıb. İmtahan Komissiyasının sədri – AMEA-Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev, üzvləri – institutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, filologiya elmləri doktorları, professorlar Seyfəddin Rzasoy, Füzuli Bayat, Əfzələddin Əskər və Ramazan Qafarlı, filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.

İmtahandan öncə komissiyanın sədri Hikmət Quliyev Folklor İnstitutunun əsas fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər və görülən işlər haqqında məlumat verib. Diqqətə çatdırıb ki, institutun qarşısında duran əsas hədəf bir tərəfdən ölkənin mədəni-mənəvi inkişafından irəli gələn, digər tərəfdən isə müasir dünyanın çağırışlarından qaynaqlanan vəzifələrin həyata keçirilməsidir. Xüsusilə də yüksək keyfiyyətli ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi fəaliyyət sahəsinə cəlb edilməsi qarşıda duran məqsədlərə nail olunması işində mühüm əhəmiyyət kəsb edir. Alim sonda iddiaçıların hər birinə imtahanda müvəffəqiyyətlər arzu edib.

 

Seçilən
23
azertag.az

1Mənbələr