“Əgər Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası yaradılarsa, bu, NATO ilə Rusiya arasında müharibənin başlanması demək olacaq”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında yazıb.
"Kiyevin və digər axmaqların Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq və NATO ölkələrinin bizim PUA-ları vura bilməsi ilə bağlı təxribatçı ideyasının həyata keçirilməsi yalnız bir şey deməkdir - NATO ilə Rusiya arasında müharibə", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az