AZ

Lukaşenkonun uzun hakimiyyətinin sirri: “Namizəd olmaq istəmirdim”

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə uzun müddət qalmasının səbəbini izah edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, uzun hakimiyyətinin sirri “xalqını sevməsi və iş görməsi, amma hakimiyyətə sahib çıxmaq istəməməsi” ilə bağlıdır.

“Ən böyük qorxum mənə inanan xalqı yarı yolda qoymaqdır. 30 il əvvəl xalqa vicdanla xidmət edəcəyimə and içmişəm. Mən də bunu edirəm, işləyirəm, amma hökmranlıq etmirəm. Çətin olsa da belə”, - Lukaşenko vurğulayıb.

O, həmçinin son prezident seçkilərində namizədliyini irəli sürmək istəmədiyini, lakin “qaçmaq” barədə yayılan şayiələr səbəbindən məcbur qaldığını söyləyib:

“Düzünü desəm, əvvəlki seçkilərdə artıq bitirmək niyyətim var idi. Bilirdim ki, xalq məni dəstəkləyir. Amma dedilər ki, biz hazır deyilik. Hətta elə bir vəziyyət yarandı ki, guya mən qaçmaq istəyirəm. Mənə "xain" damğası vura bilərdilər. Ona görə də qalmaq məcburiyyətində qaldım. Prezident kimi qalmağıma baxmayaraq, səmimi deyirəm məcbur qaldım. Amma işlədim, işləyirəm və bütün gücümlə vəzifəmi icra edəcəyəm”.

Seçilən
3
1
modern.az

2Mənbələr