ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyard 750,3 milyon ABŞ dolları dəyərində 38 min 459 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
Bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,8 dəfə, kəmiyyət olaraq – 3,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 656,8 milyon ABŞ dolları dəyərində 6 min 784 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 481,3 milyon ABŞ dolları dəyərində 4 min 861 kiloqram (1 il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 458,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % çox) 4 min 453 kiloqram (+12 %), Avstraliyadan 368,2 milyon ABŞ dolları dəyərində (-38 %) 4 min 121 kiloqram (-48 %), Cənubi Afrikadan 267,5 milyon ABŞ dolları dəyərində 2 min 527 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.
2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.
Bu ilin ilk 7 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 178,7 milyon ABŞ dolları dəyərində 2 895 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 2,4 dəfə və 32% çoxdur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.