AZ

“HRENGINEERING” MMC-nin tərəfdaşı olduğu beynəlxalq sammit başa çatıb

Bakı, 15 sentyabr, AZƏRTAC

İstanbulda beynəlxalq liderlik və süni intellekt sammitində Azərbaycan da təmsil olunub.

AZƏRTAC xəbər verir ki, İstanbulda 18 ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Executive Leadership & AI Transformation Summit” keçirilib. Tədbirdə Azərbaycanı yeganə tərəfdaş qismində “HRENGINEERING” MMC təmsil edib.

Sammitdə “HRENGINEERING” MMC-nin dəstəyi ilə “SOCAR Group” və “Veysəloğlu Şirkətlər Qrupu”nun rəhbər heyəti də iştirak edərək beynəlxalq müzakirələrdə çıxış edib və qlobal şəbəkələşmə imkanlarından yararlanıblar.

Üç gün davam edən sammitdə Qətər, Əlcəzair, Türkiyə və digər ölkələrdən olan ekspert və alimlər süni intellektin liderlik və biznes sahəsində rolu, gətirdiyi imkanlar və yaratdığı risklər barədə məruzələrlə çıxış ediblər. Generativ AI-in etik və hüquqi aspektləri, mövcud qlobal trendlər, liderlik çevikliyi və gələcək tətbiqləri ilə bağlı qrup müzakirələri aparılıb, iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

“HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə çıxışında qeyd edib Kİ, VUCA Summit 2025 süni intellektin biznes və liderlikdə yaratdığı yeni imkanları anlamaq, eyni zamanda etik və strateji çağırışları müzakirə etmək üçün dəyərli platformadır. Azərbaycanın bu qlobal dialoqa qoşulması ölkəmizdəki biznes icmasının beynəlxalq müstəvidə rəqabət qabiliyyətini artıracaq.

Sammit çərçivəsində iştirakçılar İstanbulun strateji və mədəni əhəmiyyətli məkanlarına – Galataport, Ayasofya və Sultanahmet meydanı, Çamlıca Qülləsi, Türkiyə Kosmik Agentliyi və Boğaziçi Universitetinə texniki səfərlər ediblər.

“SAHARA Group”un təşkilatçılığı ilə keçirilən tədbir iştirakçılara qlobal ekspertlərlə bilik mübadiləsi aparmaq, müxtəlif sənaye sahələrində süni intellektin tətbiqlərini öyrənmək, etik və hüquqi məsələlər üzrə strateji müzakirələr aparmaq üçün geniş imkanlar yaradıb.

“HR Forum Baku” və “HR Summit Baku”nun müəllifi olan “HRENGINEERING” MMC beynəlxalq layihələrdə fəal iştirakı ilə seçilir, bu istiqamətdə təşəbbüslərin davamlılığını təmin edir və yaxın gələcəkdə yeni layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Seçilən
22
14
azertag.az

10Mənbələr