AZ

Litvada məktəblilərə PUA-larla təlim keçirilir

Litva hökuməti orta və yuxarı sinif şagirdlərinə PUA-ların yığılması, proqramlaşdırılması və istismarı üzrə təlim keçmək üçün proqrama başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.

Litva Qeyri-formal Təhsil Agentliyinin (LINE A) direktoru Valdas Yankauskas qəzetə deyib: "Biz bu tələbələrin 10-15%-nin mühəndislik və ola bilsin müdafiə sektorunda təhsillərini davam etdirəcəyini gözləyirik".

Le Parisien-in məlumatına görə, məktəblilər əlavə reallıq dəbilqələrində PUA-ları idarə etməyi öyrənirlər və 3D printerlərdən bəzi dron hissələrinin istehsalı üçün dərslərdə istifadə olunur. Bəzi məktəblilər artıq xəbərlərdən dronların döyüşdə istifadəsinin xüsusiyyətlərini bilirlər.

Proqramın dörd il davam etməsi planlaşdırılır və Litvanın Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və yerli hökumətlər tərəfindən maliyyələşdirilir.

Seçilən
27
ucnoqta.az

1Mənbələr