Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ittiham edərək bildirib ki, qurum ölkəsi qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.
KONKRET.az xəbər verir ki, İrəvanda Qərbyönlü QHT-lərin təşkil etdiyi təhlükəsizlik konfransında çıxış edən Paşinyan, Ermənistanın uzun illər təhlükəsizlik sistemini iki sütun üzərində qurduğunu deyib. Bu hərbi-siyasi alyanslar və ordudur. Lakin baş verən son hadisələr, xüsusilə də Azərbaycanla münaqişələr, bu iki sütunun işləmədiyini göstərib.
Onun sözlərinə görə, KTMT məsələsində isə daha qabarıq vəziyyət yaranıb:
“Məlum oldu ki, təşkilat Azərbaycanı da Ermənistan kimi qardaş ölkə hesab edir. Bu mövqe bizim üçün yeni deyildi, sadəcə olaraq İrəvan bunu görməməzlikdən gəlirdi”.
Müşviq Tofiqoğlu,
KONKRET.az