AZ

Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə qadınlar arasında Günay Qurbanova (59 kiloqram), sərbəst güləşçilərdən isə Əli Rəhimzadə (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) qüvvəsini sınayacaq.

Bu gün, həmçinin Cəbrayıl Hacıyev (79 kiloqram) təsəlliverici, Osman Nurməhəmmədov (92 kiloqram) bürünc medal uğrunda görüşlərdə güclərini yoxlayacaqlar.

Qeyd edək ki, ötən gün Azərbaycanın sərbəst güləşçilərindən Giorgi Meşvildişvili (125 kiloqram) gümüş, Nürəddin Novruzov (61 kiloqram) və Arseniy Djioyev (86 kiloqram) bürünc medal qazanıb.

Dünya çempionatına sentyabrın 21-də yekun vurulacaq.

Seçilən
36
azertag.az

1Mənbələr