AZ

Lukaşenko: Belarus Polşanın sərhədini minalamaq planları görmür

"Minsk hələlik Polşanın sərhədini minalamaqla bağlı hər hansı bir hərbi təhlükə müşahidə etmir və öz növbəsində bu sərhədi keçməyi planlaşdırmır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Razvedçik” jurnalına verdiyi müsahibədə bildirib.

O, piyada əleyhinə minaları müdafiə xarakterli silah növü adlandırıb və xüsusi risk və ya birbaşa hərbi təhdid görmədiklərini vurğulayıb.

Lukaşenko əlavə edib ki, Belarus qonşularının sərhədlərini dəvətsiz keçmək niyyətində deyil: “Üstəlik, bizim qonşularımızın sərhədlərini dəvətsiz keçmək planımız yoxdur. Biz bunu səmimi istəyən hər kəslə dost olmağa və əməkdaşlığa hazırıq, onların bizi gözlədiyi yerə gedirik”.

Onun sözlərinə görə, Minsk regional sabitliyi qorumağa və dialoq üçün açıq qalmağa üstünlük verir.

Seçilən
33
50
operativmm.az

10Mənbələr