AZ

Londonda polis əməkdaşlarına odlu silah verilməsi müzakirə olunur

Paytaxt Londonda patrul xidmətində çalışan polis əməkdaşlarına odlu silah verilməsini nəzərdən keçirəcək.

Trend "The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu Böyük Britaniyanın Böyükşəhər Polis Xidməti təhlükəsizlik auditinin nəticələrində qeyd olunub.

Hazırda odlu silahlar yalnız xüsusi hallarda çağırılan ixtisaslaşdırılmış bölmələrin əməkdaşlarına təhkim olunur. Onlardan əsasən təhlükəsizlik tədbirlərində və ya təhlükəli heyvanların zərərsizləşdirilməsində istifadə edilir.

Qeyd edilir ki, bu dəyişikliklər 2022-ci ildə baş verən insident — 25 yaşlı gəncin bıçaqla polis əməkdaşına hücumu fonunda gündəmə gəlib.
 
 

Seçilən
0
2
7news.az

3Mənbələr