AZ

Avropanın yeraltı qaz anbarlarında doluluq səviyyəsi 80%-ə çatdı

BAKI, 15 sentyabr. TELEQRAF

Avropanın yeraltı qaz anbarları payız-qış mövsümünə hazırlıq çərçivəsində artıq 80% həcmində doldurulub.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Məlumata görə, yay mövsümünün əvvəlindən bəri Avropada yeraltı anbarlara qaz vurulması cəmi 51,5 milyard kubmetr təşkil edib. Hesablamalara əsasən, Avropanın normanı yerinə yetirməsi ən azı 61 milyard kubmetr qaz vurmalıdır.

GIE-nin məlumatına əsasən, sentyabrın 13-də Aİ ölkələrinin anbarlarına 295 milyon kubmetr qaz vurulub, çıxarış isə 33 milyon kubmetrədək artıb.

Hazırda Avropa anbarların doluluq səviyyəsi 80,34%-dir ki, bu da son beş ilin eyni dövrü üzrə orta göstəricidən 6,76 faiz bəndi aşağıdır. Ötən ilin eyni vaxtında bu göstərici 93,3% idi.

Qeyd edək ki, Avropa Komissiyasının yeni tələblərinə görə, Aİ ölkələri hər il 1 oktyabrdan 1 dekabradək qaz anbarlarını ən azı 90% səviyyəsində doldurmalıdır. Bundan əlavə, anbarların doldurulması ilə bağlı mürəkkəb şəraitlərdə 10%-lik elastiklik tətbiq edilə bilər. Lakin bu tələblər Avropa bazarında qaz qiymətlərinin artmasına əlavə təkan verir.

Seçilən
59
teleqraf.com

1Mənbələr