ABŞ-ın Ukraynaya münasibətdə atdığı addımlar və verilən bəyanatlar arasında ziddiyyətlər müşahidə olunur.
Bu fikirləri politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ sabiq müşaviri Kellogg-un Ukraynaya silah tədarükünün davam etdirilməsinin vacibliyinə dair çıxışları Tramp administrasiyası tərəfindən görməzdən gəlinib:
“Biz Kellogg-un dəfələrlə Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayan bəyanatlarını eşitmişdik. Hətta o, Konqresdə də bu barədə danışmışdı. Ancaq Tramp həmin çağırışları qulaqardına vurdu”.
Rəşad Bayramov qeyd edib ki, ABŞ münaqişələrdə məsuliyyəti başqalarının üzərinə atmağa çalışır:
“Vaşinqton kimisə hədəf alanda da bunu başqaları ilə birlikdə etməyə üstünlük verir. Amma bir tərəfdən Avropa İttifaqını ‘öz təhlükəsizlik sisteminizi qurun’ deyə tək buraxır, digər tərəfdən isə Çinlə mübarizədə Avropanı yanına çəkmək istəyir. Bu isə ziddiyyətli yanaşmadır. Əgər ABŞ öz təhlükəsizliyini təkbaşına təmin edə bilirsə, onda Avropaya niyə ehtiyac duyur?”
Politoloq hesab edir ki, Vaşinqtonun bəyanatları daha çox Avropa İttifaqını proseslərə cəlb etmək məqsədi daşıyır.