AZ

Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın15-də Xocalı rayonunun Badara kəndində olub.

Trend xəbərverir ki, Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyatakeçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinəkeçən kəndlərdən biri də Badaradır.

Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıralayihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləribərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərigörülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklərbasdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park vəbayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpaolunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpasıplanlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Dövlətimizin başçısı kəndə köçmüş Barat Novruzovun evinə başçəkib, ailə üzvləri ilə söhbət edib.

Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Prezident
Seçilən
43
49
az.trend.az

5Mənbələr