Sonra da deyirlər ki, “tıxac niyə yaranır?” Hamı normal qaydada dayanıb, yolunu gözləyir. Birdən bir Kia Seltos sürücüsü gəlir, iki avtomobilin arasına dürtülür. Digər sürücü də başını pəncərədən çıxarıb baxır: “Bu nə etməyə çalışır?”. Bununla da tıxac böyüyür.
Tribunainfo.az xəbər verir ki, bu sözləri radio aparıcısı Tural Yusifov yazıb. O bildirib ki, yerləşməyən, amma dürtülməyə çalışanlar, bir zolaqdan üç zolaq “icad edənlər”, sağdan gəlib sola dönənlər (və ya əksinə), növbəsini gözləməyənlər, nəticədə qəza edib yolun ortasında qalanlar tıxac yaradır:
“Bax bunlardır tıxac yaradanlar.
Çünki nə həmişə tədbir var, nə də yollar daim bağlı olur. Əslində tıxacın səbəbi çox vaxt sadədir: bir maşın irəli düşmək istəyənlər aləmi qatır bir-birinə”.
Gülşən Rəsul