AZ

Gecikdirilmiş 349,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti yanvar-avqust ayları ərzində işəgötürənlərtərəfindən sosial xarakterli ödənişlər olan 349 334 manat vəsaitinişçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Trendxəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsaitişəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 92 faiziəməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməliolan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarətolub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək MüfəttişliyiXidməti 48 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləripozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətinqanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçiləryenidən əvvəlki işlərinə bərpa olunublar.

Seçilən
74
7
az.trend.az

10Mənbələr