“Qarabağ” Çempionlar Liqasının ilk turunun “Benfika” ilə oyunu üçün Lissabon şəhərinə gedib.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi sentyabrın 15-dən 16-na keçən gecə, təxminən 7 saatlıq uçuşdan sonra Portuqaliya paytaxtına çatıb.
“Benfika” - “Qarabağ” matçı sentyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.