AZ

Messinin kartı rekord məbləğə satıldı

Argentina millisinin kapitanı Lionel Messinin kartı rekord məbləğə satılıb.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçunun sabiq klubu “Barselona”da debüt etdiyi 2004/2005 mövsümündə hazırlanmış ilk rəsmi kartı hərracda 1,5 milyon dollara alıcısını tapıb.

Nüsxənin keyfiyyəti ən yüksək qiymət – “10” alıb. Kart həmçinin “Mike Baker Authenticated”də brilyant sertifikata layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl ən bahalı kart Braziliya millisinin sabiq forvardı Peleyə məxsus idi. 1958-ci ilə aid olan kart 1,33 milyon dollara satılmışdı.

Seçilən
29
2
busaat.az

3Mənbələr