AZ

Özbəkistan və Tacikistan strateji tərəfdaşlığı müzakirə etdi

BAKI, 15 sentyabr. TELEQRAF

Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsinə həsr olunub. Tərəflər regional əməkdaşlığın dərinləşdirilməsini, ticari-iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini, eləcə də aktual məsələlərin həlli üçün birgə səyləri müzakirə ediblər.

Mərkəzi Asiyada sabitliyin və mehriban qonşuluğun təmin edilməsinə xüsusi diqqət yetirilib.

Seçilən
4
teleqraf.com

1Mənbələr