AZ

Tramp: Putin Zelenski danışıqları olacaq, amma mən müdaxilə etməliyəm

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putinin görüşünün mümkünlüyündən danışıb.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Zelenski ilə Putin arasında nifrət hədsizdir.

“Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik, bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər. Danışıqlar olacaq. Amma yəqin ki, müdaxilə etməli olacam. Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki, danışa bilmirlər. Onlar sadəcə olaraq bir-biri ilə danışa bilmirlər”, - deyə Tramp bildirib.

Xatırladaq ki, bir ay əvvəl Trampla Rusiya lideri arasında sammit baş tutub. Onun nəticələrindən sonra ABŞ prezidenti bildirib ki, Rusiya Federasiyası və Ukrayna prezidentlərinin görüşünün təşkili istiqamətində iş gedir.

Daha sonra Putin Zelenskini Rusiyaya dəvət etsə də, Ukrayna lideri bu təklifi rədd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
bizimyol.info

1Mənbələr