BAKI, 15 sentyabr. TELEQRAF
Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.
Bu barədə Teleqraf-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Həmin küçə və prospektləri təqdim edirik:
1. Rəşid Behbudov küçəsi;
2. Mikayıl Müşfiq küçəsi;
3. 28 May küçəsi;
4. Yusif Səfərov küçəsi;
5. Məhəmməd Füzuli küçəsi;
6. Həsən bəy Zərdabi küçəsi;
7. Səməd Vurğun küçəsi;
8. Həsənoğlu küçəsi;
9. Ceyhun Hacıbəyli küçəsi;
10. Akademik Həsən Əliyev küçəsi;
11. Əhməd bəy Ağaoğlu küçəsi;
12. Abbasqulu ağa Bakıxanov küçəsi;
13. Şah İsmayıl Xətai prospekti;
14. Mətbuat prospekti;
14. İnşaatçılar prospekti;
16. Fətəli xan Xoyski prospekti;
17. Atatürk prospekti;
18. Azadlıq prospekti;
19. Qara Qarayev prospekti;
20. 8 Noyabr prospekti.