AZ

“Barselona” “Valensiya”nı darmadağın etdi – VİDEO

İspaniya La Liqasında IV turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, turun son matçında “Barselona” “Valensiya”nı darmadağın edib.

Kataloniyalılar evdəki görüşdə rəqibin qapısından 6 cavabsız top keçirib. “Barsa”nın heyətində Fermin Lopes, Rafinya və Levandovski dubl edib.

4 turdan sonra “Barselona” 10 xalla ikinci pillədə qərarlaşıb. Lider “Real”ın aktivində 12 xal var.

Seçilən
25
msport.az

1Mənbələr