AZ

Ukrayna KİV: Azərbaycan Kiyevdə Mədəniyyət obyetkləri tikəcək

Ukrayna hökuməti Azərbaycanla İrpen şəhərində mədəniyyət evi, uşaq-gənclər idman məktəbi və incəsənət evinin tikintisi ilə bağlı saziş bağlamaq niyyətindədir.

Operativ Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, sentyabrın 10-da Ukrayna hökuməti tikinti layihəsinin hazırlanması üzrə Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparmaq üçün nümayəndə heyəti formalaşdırıb.

Danışıqlarda Ukrayna tərəfinə icmaların və ərazilərin inkişafı nazirinin müavini Marina Denisyuk rəhbərlik edəcək.

Seçilən
56
operativmedia.az

1Mənbələr