Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Bişkek ətrafındakı Koy-Taş kəndindəki evindən çıxarılıb. Bu barədə Atambayevin qızı Aliyə Şagiyeva "Zakon.kz" saytına məlumat verib. “Bütün şəxsi əşyalar zorla evdən çıxarılaraq xüsusi hazırlanmış konteynerə yerləşdirilib”, - Şagiyeva bildirib. Onun sözlərinə görə, köçürülmə ilə bağlı icra sənədi və ya digər sənədlər təqdim edilməyib. Həmçinin bu məsələ ilə bağlı məhkəmə prosesi hələ də yekunlaşmayıb. Aliyə Şagiyevanın sözlərinə görə, hər şey "mümkün qədər çirkli və alçaldıcı şəkildə edilib, ailəni yağışda nəhəng dağlıq əşyalarla küçədə qoyublar".
Mətləb Salahov