AZ

İlham Əliyev Xocalının Seyidbəyli kəndində - FOTO

Eynəkdən istifadə edən şəxslər sürücülük hüququ əldə edərkən onların vəsiqəsinə xüsusi qeyd əlavə olunur. Həmin qeyddə "eynəklə idarə edilməsinə icazə verilir" sözləri yazılır. Avtosfer.az xəbər verir ki, bu praktika 2018-ci ilin mayında “Yol hərəkəti haqqında” qanuna edilən dəyişiklikdən sonra tətbiq olunmağa başlanıb və qeyd həkimin tibbi rəyi əsasında yazılır.

Bəs vəsiqəsində belə qeyd yazılan sürücü avtomobili eynəksiz idarə etdikdə hansı məsuliyyət daşıyır?

Mövcud qanunvericilikdə bununla bağlı hər hansı inzibati tədbir və ya cərimə sanksiyası nəzərdə tutulmayıb. Yəni, hazırda vəsiqəsində “eynəklə idarə etməsinə icazə verilir” yazısı olan sürücü eynəksiz sükan arxasına keçərsə, o, heç bir məsuliyyətə cəlb oluna bilməz.

 

Fərid

Seçilən
54
avtosfer.az

1Mənbələr