AZ

Türkiyədə kibercinayətlərə qarşı əməliyyat - 23 şəhərdə 364 şübhəli saxlanılıb

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyədə son 10 gündə kibercinayətlərə qarşı aparılan əməliyyatlarda ümumilikdə 364 nəfər şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında məlumat verib.

Saxlanılanlardan 125 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 94 nəfər isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Digər şübhəlilər haqqında istintaq tədbirləri davam etdirilir.

Araşdırmalar nəticəsində saxlanılan şəxslərin:

  • saxta “sığorta xidməti, kirayə ev, hədiyyə çeki və investisiya məsləhətçiliyi” adı ilə vətəndaşları aldatdıqları,
  • qanunsuz mərc və qumar saytlarının reklamını təşkil etdikləri,
  • qanunsuz mərc oyunları keçirərək pul köçürmələrinə vasitəçilik etdikləri,
  • uşaqlara aid uyğunsuz görüntülər paylaşdıqları,
  • mobil bankçılıq hesablarına qanunsuz müdaxilə etməklə gəlir əldə etdikləri müəyyən olunub.

Əməliyyatlar Ankara, İstanbul, Antalya, Diyarbəkir, Qaziantep, Kocaeli, Mərsin, Sakarya, Van və digər şəhərlərdə keçirilib. Şübhəlilər barəsində müvafiq prokurorluqlar tərəfindən araşdırmalara başlanılıb.

Seçilən
24
turkic.world

1Mənbələr