Kanadada Meykpis gölü yaxınlığında təyyarə qəzası baş verib.
Axar.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, Manitoba əyalətində suya enməli olan hidroplan quruya çırpılıb. Nəticədə təyyarədə olan 4 sərnişin həlak olub, pilot isə yaralanıb.
Qəzanın səbəbləri barədə məlumat verilməyib.