AZ

Mikroplastiklər ürək sağlamlığını təhdid edir

İtaliyalı alimlərin yeni araşdırması göstərir ki, qan damarlarında polietilen və polivinilxlorid mikroplastiklərinin mövcudluğu ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, tədqiqat nəticələrinə görə, mikroplastiklərin orqanizmə daxil olması ürək-damar sağlamlığına mənfi təsir göstərir və bu, qlobal səviyyədə ətraf mühitdə plastik tullantıların insan sağlamlığı üçün potensial təhlükə yaratdığını bir daha sübut edir.

Alimlər vurğulayır ki, mikroplastiklərin səviyyəsinin azaldılması, həm ətraf mühitin qorunması, həm də insanların sağlamlığının təminatı baxımından prioritet olmalıdır.

Seçilən
8
azedu.az

1Mənbələr