AZ

“Allah kəssin, belə yaxşılığınızı…” Kəramət Böyükçöldən Qurtuluş Reablitasiya Mərkəzinin rəhbərliyinə tərs sillə

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AzTV-nin məşur aparıcısı olmuş Nəsimi Nəbizadənin və keçmiş ANS-çi Ceyhun Əsgərovun saxlandığı Qurtuluş Reablitasiya Mərkəzinin onların üzərindən reklam qurması birmənalı qarşılanmayıb.

Belə ki, Qurtuluş Reablitasiya Mərkəzi adlanan qurumun təmsilçiləri hər iki şəxsi narkotik və içki asılılığından xilas etmək üçün  himayələrinə götürsəllər də bunu tez-tez sosial şəbəkələrdə onların uyğunsuz görüntüləri ilə  yayırlar.

Gununsesi.info-nun xəbərinə görə, tanınmış yazıçı Kəramət Böyükçöl  Qurtuluş Reablitasiya Mərkəzinin bu addımını sərt tənqid edib:

“Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovu və Nəsimi Nəbizadəni müalicə üçün reabilitasiya mərkəzinə yerləşdiriblər. İki dəqiqədən bir Nəsiminin də, Ceyhunun da videosunu çəkib paylaşırlar. Tiktokda hər dəfə videoları qabağıma çıxanda onların yerinə mən utanıram. Bu yaxşılıq deyil, özünüzə çox biabırçı bir şəkildə reklam tutmaqdır. Ceyhun Əsgərovu evdən sürüyə-sürüyə çıxarırsınız, bəs, bunu videoya çəkib niyə paylaşırsınız? Ayıb deyil? Nəsiminin qabağına yemək qoyurlar. Adam yemək yediyi yerdə videosunu çəkib tiktoka qoyurlar və deyirlər ki, ay camaat, xahiş edirik, bunu paylaşın, abunə olun. Allah kəssin sizin elədiyiniz yaxşılığı…”

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr