AZ

Kanadada kiçik təyyarə qəzaya uğrayıb, 4 nəfər həlak olub

Kanadanın Manitoba əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

APA CTV telekanalına istinadənxəbər verir ki, nəticədə 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Hadisə regionun az məskunlaşmış şimal hissəsində, Meykpis gölü yaxınlığında baş verib. Qəzadan sonra təyyarənin qalıqlarını axtarmaq üçün helikopter cəlb edilib. Polis məlumatına əsasən, yalnız pilot sağ qalıb, lakin o, ciddi xəsarətlər alıb. Digər sərnişinlər həyatını itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
64
7
apa.az

9Mənbələr