AZ

Erməni əsilli Xankəndi sakininin təxribat planından ANBAAN GÖRÜNTÜLƏR - "QRU" tapşırığı?

İlk yayımlanma zamanı 14.09.2025 - saat 22:44

Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.

Musavat.com görüntüləri və Karenin hərəkətlərinə dair təhlükəsizlik ekspertinin rəylini təqdim edir.

Öncə APA-nın DİN-ə istinadən yaydığı məlumat: "Görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub.

Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb. Qeyd edək ki, Katen Avanesyan bu gün (dünən) qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub".

Musavat.com təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın da fikirlərini bu yazı üçün hazırlayıb.  Ekspert deyir ki, Xankəndidəki insident də sıradan bir erməninin törətdiyi cinayət deyil.

Sitat: "İlk baxışda iki versiya irəli sürmək olar: birincisi, Avanesyan bu işə təkbaşına qərar verib, ikincisi, o xüsusi tapşırıq yerinə yetirib. Birinci versiyanı təsdiq edə biləcək ehtimallar az deyil. Hadisəni törədən Avanesyan Karenin 21 yaşı olanda Qarabağ hadisələri başlamışdı. Bütün ermənilər kimi, o da hər zaman gizli, açıq antitürk təbliğatının təsiri altında olub və 27 sentyabr 2020-ci ilə qədər bu nifrətin içində 53 yaşına çatıb. Belə birinin Azərbaycanda qalmasının səbəbi yurd məhəbbəti deyil, nə vaxtsa qisas almaq olub. Əlbəttə, Avanesyan meşədə silah sursatı dünən deyil, yəqin ki, iki il əvvəl -ermənilər kütləvi şəkildə Qarabağı tərk edəndə və yaxud Rusiya qoşunları Qarabağdan gedən ərəfədə gizlədib. O məqsədlə ki, nə vaxtsa bizlərə qarşı istifadə edəcək. Yəni, Karen nə vaxtsa qisas almaq məqsədilə silahları gizlədib və məqsədinə çatmaq üçün indi addım atıb".

Lakin ekspert hesab edir ki, bu versiyanın həqiqət payı azdır.

İlham

Gəlin, İlham İsmayılln şərhinin davamına baxaq: "Hesab edirəm ki, Karen Avanesyan Qarabağda qalmaqla konkret tapşırıq yerinə yetirib. Bu tapşırığı kim verə bilər? Hesab edirəm ki, bu tapşırıq separatçı rejimin qondarma xüsusi xidmət orqanının və ya daşnakların tapşırığından daha çox, Rusiya “sülməramlı kontingenti” tərəfindən, yəni Rusiya hərbiçilərini daim müşayət edən QRU kimi bildiyimiz Rusiya MN Baş Kəşfiyyat İdarəsinin xəttidir. Bunu istintaq aşkara çıxaracaq. Amma, geosiyasi proseslərin indiki situasiyasında bu hadisə Rusiya Xüsusi xidmət orqanlarının üslubuna daha yaxındır. Yatmış agent prinsipi. Səbrlə gözləyir, düymə basılanda fəaliyyətə keçir. Karen Avanesyanın QRU agenti olması və onun tapşırıqla Xankəndidə qalması, silah gizlətməsi daha ağlabatan versiyadır. Nəzərə alaq ki, Xankəndidə tədbir ərəfəsi bu hadisənin törədilməsi də təsadüfi sayıla bilməz. Eyni zamanda nəzərə almaq lazımdır ki, son günlər Rusiya təbliğat maşını anti Azərbaycan təbliğatında fərqli bir xətt yeritməyə başlayıb. Azərbaycanın iqtisadi cəhətdən tezliklə iflas səviyyəsinə çatacağı, Azərbaycanda işsizliyin getdikcə çoxaldığı və əhali arasında, xüsusilə gənclər içərisində guya narazılıqların artması barədə Rusiya geniş təbliğat kampaniyasına start verib. Rusiyada yaşayan həmvətənlərimizdən də istifadə edərək, onların dilindən rəsmi Bakıya etiraz səsləndirirlər. Azərbaycanın müstəqil siyasət yürütməsini , eyni zamanda Paşinyan hakimiyyətinin də Moskvanın çətiri altından çıxıb müstəqil və qərbyönümlü siyasət aparmasını Kreml qəbul etmədiyindən təzyiqlər artırılır. Son vaxtlar isə guya qarabağlıların doğma yurdlarına qayıtmaq istəmədiyi təbliğatının yer alması və Ermənistan mətbuatında da məhz ermənilərin Qarabağa qayıdacağına işarələr vurulmasını da təsadüfi saymaq olmaz".

İlham İsmayıl yazır ki, Qarabağda qalmağa qərar verən Karen yaşda istənilən erməni "divardan asılan tüfəngdir".

Sitat: "Ola bilsin qoca, şikəst, təkbaşına yaşayan bir ermənidən belə bir cinayət gözlənilməsin.Amma, unutmayaq ki, qucaq açdığımız erməninin arxa planda hər zaman bir türkdən qisas almaq istəyi var və bu xislətdən Azərbaycan düşmənləri istifadə ediblər və edəcəklər. Ehtiyatlı olmalıyıq".

Musavat.com

Seçilən
66
1
musavat.com

2Mənbələr