AZ

Ukraynadan Sevastopola ağır zərbə - Rusiya bazası vuruldu…


Ukrayna Qara dənizdə Rusiyaya növbəti ağır zərbə vurub. Ukrayna Hərbi Dəniz Qüvvələri Sevastopolda Rusiya Qara Dəniz Donanmasının istifadə etdiyi strateji rabitə mərkəzini hədəfə alıb.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamasına görə, hücum Sevastopoldakı 184-cü Tədqiqat və Eksperimental bazanı hədəf alıb. Bildirilir ki, obyekt Rusiya donanmasının əməliyyatlarının koordinasiyasında mühüm rol oynayır və Qara dənizdəki donanma hissələrini birbaşa idarə edir.

Hərbi Dəniz Qüvvələri hədəfə alınan mərkəzin Rusiya qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi Sevastopol hava limanı yaxınlığında yerləşdiyini təsdiqləyib.

Hücumdan sonra Ukrayna Hərbi Dəniz Qüvvələri mərkəzin ciddi şəkildə zədələndiyini göstərən peykdən əvvəl və sonrakı görüntüləri yayımlayıb. Fotolar vurulan hədəfləri aydın şəkildə göstərir.

Baza 2014-cü ildə Krımın ilhaqından əvvəl Ukrayna tərəfindən idarə edilib, gəmi və sualtı sınaqlar və dəniz biologiyası üzrə tədqiqatlar üzrə ixtisaslaşıb.

Xatırladaq ki, sentyabrın 10-da Ukrayna pilotsuz təyyarələri Krımın Vitino şəhərində Rusiya Aerokosmik Qüvvələrinin Dərin Kosmik Əlaqələr Mərkəzinə də zərbələr endirib.

Hücum zamanı Rusiyanın Pantsir-S1 hava hücumundan müdafiə sistemləri işə salınıb, lakin qərargah binası və əsas rabitə mərkəzinə ciddi ziyan dəyib.

TAHİR

Seçilən
25
baki-xeber.com

1Mənbələr