AZ

“İrəvan Rusiya münasibətləri ziddiyyətli mərhələdən keçir”

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistan Baş naziri Nikol Paşinyanın yaxın günlərdə Moskvaya səfəri barədə açıqlama bir daha göstərir ki, İrəvan-Rusiya münasibətləri ziddiyyətli mərhələdən keçir. Rəsmi İrəvan bir tərəfdən Qərblə əməkdaşlığı dərinləşdirməyə çalışır, digər tərəfdən isə ölkənin iqtisadi və təhlükəsizlik asılılığı Moskva ilə əlaqələri tamamilə qoparmağa imkan vermir. Paşinyanın “qardaş ölkə” ifadəsi və mütəmadi görüşlər Moskvanın narazılığını minimuma endirmək cəhdi kimi görünür”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

O bildirib ki, bu gedişat həm də qarşıdan gələn parlament seçkiləri ilə bağlıdır: “Rusiya meylli qüvvələrin fəallaşması, kilsə və iş adamlarının yeni siyasi blok formalaşdırmaq ehtimalı Paşinyan üçün ciddi riskdir. Baş nazir Moskva ilə dialoqu gücləndirərək daxili siyasi təzyiqləri yumşaltmaq və öz mövqelərini qorumağa çalışır. Lakin aydındır ki, Ermənistanın siyasi kursu əvvəlki kimi tam Rusiya orbitində qala bilməz. Qərbin artan marağı və maliyyə dəstəyi İrəvanı alternativlərə yönəldir. Paşinyanın Moskvaya səfəri də bu reallığı dəyişmir, sadəcə münasibətləri idarəolunan səviyyədə saxlamağa xidmət edir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
icma.az

1Mənbələr