AZ

"Unibank"ın kredit portfeli daha 51 milyon manat böyüyüb

30 iyun 2025-ci il tarixinə “Unibank”ın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 1 milyard 205 milyon 288 min manat təşkil edib.

FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.

Bu, 2024-cü ilin sonu ilə müqayisədə 50 milyon 765 min manat və ya 4,4% artım deməkdir.

Kredit portfelinin tərkibində ən böyük paya sahib olan istehlak kreditlərinin həcmi 12 milyon 43 min manat və ya 1,9% artaraq 630 milyon 570 min manata çatıb.

Biznes kreditlərinin həcmi isə 37 milyon 354 min manat və ya 8,5% artaraq 474 milyon 258 min manat təşkil edib. Daşınmaz əmlak kreditləri isə 1 milyon 368 min manat və ya 1,4% artaraq 100 milyon 460 min manat olub.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixində bankın ümumi kredit portfeli 1 milyard 154 milyon 523 min manat təşkil etmişdi.

Seçilən
29
fed.az

1Mənbələr