AZ

Dinozavrların səsini canlandıran layihə: Qədim dövr sakinlərinin çənələri musiqi alətinə çevrildi...

ABŞ alimləri 3D çap texnologiyası ilə “Dinosaur Choir” layihəsini təqdim etdilər...

Poliqon xəbər verir ki, amerikalı tədqiqatçı Kurtni Braun qədim dövrün səsini yenidən yaratmaq məqsədilə qeyri-adi bir layihə reallaşdırıb. O, 3D çap və kompüter modelləşdirməsindən istifadə edərək dinozavr kəllələrinin quruluşunu musiqi alətlərinə uyğunlaşdırıb. Layihənin adı “Dinosaur Choir” (Dinozavr xoru) olub.

İlham mənbəyi 2011-ci ildə Nyu-Meksiko muzeyində Parasaurolophus dinozavrının səsinin rekonstruksiyasını eşitməsi olub. Bundan sonra Braun qədim canlıların necə səslənə biləcəyini araşdırmaq qərarına gəlib və həmin səslərə bənzər tonları ifa edə bilən alətlər hazırlamağa başlayıb.

Layihə çərçivəsində alim və onun həmkarları Corythosaurus dinozavrının kəllə sümüklərinin kompüter tomoqrafiyasını aparıblar. Daha sonra rezonan­s kamerası və nəfəs yolları 3D modellərdə yenidən qurulub. Çap edilən modellər xüsusi adaptasiya olunaraq nəfəsli musiqi alətlərinə çevrilib.

Mütəxəssislərin fikrincə, bu təşəbbüs sadəcə musiqi alətlərinin yaradılması ilə məhdudlaşmır. Əsas məqsəd insanlara milyon illər əvvəl Yer üzündə dolaşan dinozavrların səsini “eşitmək” imkanı verməkdir. Paleontologiya və musiqinin qovuşduğu bu layihə qədim həyatın öyrənilməsinə və keçmişin səslərinin qavranılmasına yeni baxış gətirir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr