AZ

Tramp: Putin və Zelenski bir-birilərinə elə nifrət edirlər ki, ünsiyyət qura bilmirlər...

ABŞ prezidenti Rusiya və Ukrayna liderlərinin ikitərəfli görüşün mümkünlüyündən danışıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında münasibətlərin son dərəcə gərgin olduğunu bildirib. Onun sözlərinə görə, iki lider bir-birilərinə “o qədər nifrət edirlər ki, demək olar, ünsiyyət qura bilmirlər”. Tramp jurnalistlərlə söhbətində bu səbəbdən onların dialoq aparmaqda aciz olduqlarını qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Vladimir Putin Zelenskiyə Moskvada görüşməyi təklif etmişdi. Lakin Ukrayna prezidenti bu dəvəti rədd edərək, danışıqlara “istənilən formatda” hazır olduğunu bəyan etmişdi.

Donald Tramp isə daha öncə Rusiya və Ukrayna prezidentləri arasında görüşün hazırlandığını, bu görüşdən sonra onun iştirakı ilə üçtərəfli görüşün baş tuta biləcəyini açıqlamışdı.

Siyasi müşahidəçilərin fikrincə, Trampın açıqlamaları ABŞ-ın Ukrayna böhranında vasitəçi rolunu gücləndirmək niyyətindən xəbər verir. Lakin Putin və Zelenski arasındakı şəxsi qarşıdurma hər hansı bir diplomatik təşəbbüsün reallaşmasını çətinləşdirir.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr