Ajans.az xəbər verir ki, bu barədə yerli “Bild” qəzeti Xristian Demokratlar İttifaqı/ Xristian Sosialistlər İttifaqı bloku və Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyalarındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, artıq sentyabrın 15-də Almaniya daxili işlər naziri Aleksander Dobrindt BfV əməkdaşlarını Zelenin təyinatı barədə məlumatlandıracaq. Hazırda o, qurumun rəhbər müavini vəzifəsini tutur.

Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq Bundestaqa (parlament) namizədliyini irəli sürmək üçün 2024-cü ilin sonunda vəzifəsindən istefa verib, lakin parlamentə keçə bilməyib.